Bakıda parklar icra hakimiyyətlərinin tabeliyinə verildi | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakıda parklar icra hakimiyyətlərinin tabeliyinə verildi

10:52 - 14 / 04 / 2017
Bakıda parklar icra hakimiyyətlərinin tabeliyinə verildi

Azərbaycanda bəzi mədəniyyət və istirahət parklarının tabeçiliyi dəyişdirilib.

1news.az-ın məlumatına görə, “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edib.

Dəyişikliyə görə, mədəniyyət və istirahət parkları “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısıdan çıxarılıb.

Parklar onlara məxsus əmlakla birlikdə ərazi üzrə aidiyyəti yerli icra hakimiyyəti orqanlarının tabeliyinə verilib.

Bununla bağlı “Müfəssəl planların hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı orqanların siyahısı”nda etdiyi dəyişiklik edilib.

Hazırda müfəssəl plan hazırlanarkən bir sıra amillərlə yanaşı, parklar və başqa yaşıllıq əraziləri, qısamüddətli istirahət məqsədi ilə çadır qurmaq üçün yerlər, çimərlik yerləri, qəbiristanlıqlar nəzərdə tutulur.

Yeni dəyişikliyə görə isə müfəssəl plan hazırlanarkən orada yaşayış məntəqəsinin yaşıllıqla təmin edilməsi normasına uyğun parkların salınması nəzərdə tutulmalıdır.

1news.az

Paylaş:
5141

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər