Türkiyədə referendum öncəsi terror həyacanı: polis əməliyyat keçirib
İstanbulda İŞİD qruplaşmasına qarşı keçirilən əməliyyat zamanı terror aktı hazırlamaqda şübhəli bilinən 5 nəfər saxlanılıb.
1news.az-ın “Hurriyet”ə istinadən xəbər verir ki, terrorla mübarizə qurumu İŞİD üzvlərinin 16 apreldə keçiriləcək seçkilər ərəfəsində terror aktı hazırladıqlarına dair məlumat alıb.
Bəyoğlu, Baxçalıevlər, Bəykozda həyata keçirilən əməliyyatlarda üç nəfər saxlanılıb. Əməliyyat çərçivəsində həmçinin, qarşıdurma bölgələrinə getdikləri və İstanbulda təşkilat adına fəaliyyət göstərən biri tacik əsilli olmaqla iki nəfər tutulub.
Hazırda onlarla bağlı araşdırmalar davam edir.
Pərvanə Sultanova
826