Parisin şimalında mühacirlər arasında toqquşma baş verib | 1news.az | Xəbərlər
Dünya

Parisin şimalında mühacirlər arasında toqquşma baş verib

20:33 - 15 / 04 / 2017
Parisin şimalında mühacirlər arasında toqquşma baş verib

Aprelin 15-ə keçən gecə Fransanın paytaxtı Paris şəhərinin şimalında yerləşən Porte de la Chapelle rayonunda mühacirlər arasında toqquşma olub.

1news.az Azərtac-a istinadən xəbər verir ki, iğtişaşlarda Əfqanıstandan və Sudandan olan təxminən yüzdən çox mühacir iştirak edib.

İnsidentə bu rayonda açılmış mühacirlərin qəbulu mərkəzində yer çatışmazlığının səbəb olduğu bildirilir. Yaranmış vəziyyətə müdaxilə etmək məcburiyyətində qalan polis yalnız bir neçə saatdan sonra asayişi bərpa edə bilib.

İğtişaşlar nəticəsində azı 20 mühacir müxtəlif dərəcəli xəsarətlər alıb.

Porte de la Chapelle rayonundakı mühacirlərin qəbulu mərkəzi 2016-cı ilin noyabrında fəaliyyətə başlayıb. 400 nəfər tutumu olan mərkəz hər gün 50-75 yeni mühaciri qəbul edə bilir. Bununla yanaşı, mərkəzdə qalma müddəti 10 günlə məhdudlaşır.

1news.az

Paylaş:
507

Sizin üçün xəbərlər

Son xəbərlər

Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31
Bütün xəbərlər