Türkiyə prezidenti referendumda səs verib
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün İstanbulda referendumda səs verib.
1news.az-ın “Milliyet”ə istinadən verdiyi xəbərə görə, səsverməyə həyat yoldaşı Əminə Ərdoğanla gələn dövlət başçısı nəvəsi ilə birgə zərflərini sandıq qutusuna atıb.
Referendumla bağlı fikirlərini bölüşən Türkiyə prezidenti bunun sıradan bir səsvermə, referendum olmadığını deyərək əlavə edib ki, bu referendum Türkiyə cümhuriyyətində yeni idarəetmə üsulunu müəyyənləşdirəcək.
“Biz çox sürətlə inkişaf etməliyik. İnanıram ki, xalqımız lazımi seçimini edəcək, gələcəyə doğru inamla addımlayacaq. Seçkilərdə aktivliyin yüksək səviyyədə olacağını gözləyirəm”- deyə, Ərdoğan qeyd edib.
1news.az
583