Hava küləkli olacaq, bəzi qərb rayonlarında yağış yağacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Hava küləkli olacaq, bəzi qərb rayonlarında yağış yağacaq

13:52 - 16 / 04 / 2017
Hava küləkli olacaq, bəzi qərb rayonlarında yağış yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi aprel ayının 17-nə olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq.

Bəzi yerlərdə zəif duman olacaq, cənub küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturunun gecə 7-10° isti, gündüz 17-22° isti, Bakıda gecə 8-10° isti, gündüz  19-21° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi 764 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz  45-50 %  təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, aprelin 17-də hava əsasən yağmursuz, bəzi yerlərdə duman olacaq. Lakin gündüz  bəzi qərb rayonlarında qısamüddətli yağış yağacağı gözlənilir.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 6-11° isti, gündüz 20-25° isti, dağlarda gecə 0-5° isti, gündüz 10-15° isti olacağı gözlənilir.  

1news.az

 

Paylaş:
505

Son xəbərlər

Bütün xəbərlər