Gəlin toydan sonra sevdiyi oğlana qoşulub evdən qaçdı
İmişlidə toyu olan gəlin evdən qaçıb.
1news.az-ın Avropa.info-ya istinadən verdiyi xəbərə görə, aprelin 15-də İmişli şəhəri “Kral” şadlıq sarayında toy mərasimi keçirilən İmişli rayon Qaradonlu kənd sakini Sevil Quliyeva (ad şərtidir-red) toydan sonra evdən qaçıb.
Belə ki, aprelin 15-də şadlıq evində keçirilən qız toyundan sonra adətə uyğun olaraq 18 yaşı yeni tamam olmuş gəlin atasının evinə qayıdıb və ailələr oğlan toyuna hazırlaşmağa başlayıb. Gənc qız da buradan, yəni ata evindən sevdiyi oğlanla birgə qaçıb.
Hadisədən sonra qızın atası İmişli Rayon Polis Şöbəsinə qızın evdən qaçması ilə bağlı yazılı şikayət ərizəsi verib.
Artıq polis Sevil Quliyevanın yerini müəyyənləşdirib. O, polisə bildirib ki, 5 ildir sevdiyi şəxslə qaçıb və onları heç kim ayıra bilməz.
Babək Cahandarov