Prezidentin köməkçisi: Dəmir yolu ilə daxili daşımalarda tarif tənzimlənməsinə ehtiyac var | 1news.az | Xəbərlər
İqtisadiyyat

Prezidentin köməkçisi: Dəmir yolu ilə daxili daşımalarda tarif tənzimlənməsinə ehtiyac var

16:47 - 17 / 04 / 2017
Prezidentin köməkçisi: Dəmir yolu ilə daxili daşımalarda tarif tənzimlənməsinə ehtiyac var

“Sahibkarların üzləşdiyi əsas problemlərdən biri dəmir yolları vasitəsilə daşınma ilə əlaqədardır. “Azərbaycan Dəmir Yolları” QSC-nin parkı çox köhnəlib. Buna görə, xammalın ixracı zamanı şirkətlər problemlərlə üzləşir”.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bunu "Qeyri-neft ixracatçılarının respublika müşavirəsi"ndə Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Elçin Mədətov deyib.

O bildirib ki, Assosiasiyanın üzvü olan şirkətlər tərəfindən istehsal olunan məhsulların daşınması üçün “Azərbaycan Dəmir Yolları” QSC-nin parkında olan sisternalar olduqca azdır:

“İxracatçılar da təsdiqləyər ki, onlar əllərində olan ixrac müqavilələrinin tələblərini yerinə yetirə bilmir. Ən böyük problem odur ki, sisternalar olmadığı üçün ümumiyyətlə müqavilə imzalanmayıb. Dəmir yolunda daşıma tarifləri məntiqə uyğun deyil. Çox maraqlıdır ki, dəmir yolunda daşınma avtomobil yolu ilə daşınmadan baha başa gəlir. Bizim xammal idxala bağlıdır. Məsələn, şüşə idxalımız Rusiyadan həyata keçirilir. Lakin hazırda Dağıstanda sürücülər tətil elan edib.

Bunu nəzərə alaraq, biz “Azərbaycan Dəmir Yolları” QSC-yə müraciət etdik. 50 tonluq yükün Yalama-Biləcəri marşrutu üzrə 200 kilometrlik daşınması üçün 1300 manat, Yalama-Ləki-Ağdaş üzrə isə 1900 manat tələb olundu. Qeyd edim ki, 50 tonluq yükü iki ədəd TIR-la daşımaq mümkündür . 1 TIR-la daşınma 300-400 manata başa gəlir. Amma biz 1300 manat xərcə düşürük. Bilirik ki, dəmir yolu nəqliyyatında daşımanın tarifi İsveçrə frankının məzənnəsinə uyğun hesablanır. Başa düşürük ki, manat devalvasiyaya uğrayıb. Lakin daxili daşımalarda bu amil nəzərə alınmalıdır”.

Sahibkara cavab olaraq prezidentin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov isə bildirib ki, “Azərbaycan Dəmir Yolları” QSC ölkədaxili daşımalarda inhisarçı mövqeyə malikdir: “Bunu nəzərə alaraq, ölkədaxili daşımalarda tarif tənzimlənməsinə ehtiyac var. Daxili daşımalarda bu cür problemlər varsa, tariflərin dövlət tərəfindən tənzimlənməsinin tam hüquqi əsasları var. O ki qaldı dəmir yolu parkının yenilənməsinə, ölkə başçısının bununla bağlı müvafiq göstərişi var. Bütövlükdə nəqliyyat sektorunda daşımaların ən yüksək səviyyəyə qaldırılması üçün zəruri tədbirlər görülür. “Azərbaycan Dəmir Yolları” QSC parkın yenilənməsi istiqamətində müvafiq işlər görür, müxtəlif təyinatlı vaqonlar alır”.

1news.az

Paylaş:
553

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər