Əli Ağaoğlu referendumla bağlı mərci uduzdu-550 min xərcləyəcək | 1news.az | Xəbərlər
Dünya

Əli Ağaoğlu referendumla bağlı mərci uduzdu-550 min xərcləyəcək

10:04 - 17 / 04 / 2017
Əli Ağaoğlu referendumla bağlı mərci uduzdu-550 min xərcləyəcək

Türkiyəli iş adamı Əli Ağaoğlu referendumun nəticələri ilə bağlı mərci uduzub.

1news.az “Hurriyet”ə istinadən xəbər verir ki, iş adamı referendumda 65 faizlə “hə” olacağına dair 26 adamla mərc edib. Əks halda isə onların hər birinə Tom Ford firmasından corab, alt və üst geyimləri alacağını söyləyib.  

Tom Fordda bir kostyumun qiyməti  4-5 min avro təşkil edir. Təxmini hesabla Ağaoğlu 550 min lirəyə qədər xərcləyəcək.

Mərci uduzan daha bir məşhur iş adamı isə Ethem Sancak olub. İş adamı 65 faiz "hə” üçün 30 adama kostyum alamağa dair  bəhsə gedib. 

Pərvanə Sultanova

Paylaş:
752

Son xəbərlər

Bakıda hosteldə yanğın olub

05 / 05 / 2025, 16:09
Bütün xəbərlər