Səbail rayonundakı “Ekoloji park”da 1000 ədəd yeni ağac əkilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Səbail rayonundakı “Ekoloji park”da 1000 ədəd yeni ağac əkilib – FOTO

11:41 - 17 / 04 / 2017
Səbail rayonundakı “Ekoloji park”da 1000 ədəd yeni ağac əkilib – FOTO

Səbail rayonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 94 illiyi ilə bağlı tədbirlər sərçivəsində Rayon İcra Hakimiyyəti tərəfindən növbəti iməclik keçirilib.

Səbail rayon ictimaiyyəti, təsərrüfat xidmətləri, idarə və təşkilatların nümayəndələrinin, gənclərin  iştirakı ilə Badamdar qəsəbəsinin yeni yaşayış massvində və həmçinin keçən il “Şıx” yamacında yaradılmış “Ekoloji park”ın ərazisində ümumilikdə 1000 nəfərə yaxın insan iştirak edib.

Badamdar qəsəbəsində 4,8 ha sahədə salınmış Zeytun bağında ağaclara qulluq göstərilib, ərazi daş və məişət tullantılarından təmizlənib. Ağaclara ilboyu qulluq göstərilməsi üçün burada su çənləri quraşdırılıb və damcı üsulu ilə suvarılma xətləri çəkilib. İlboyu göstərilən qulluq nəticəsində ötən il əkilmiş ağacların çox böyük əksəriyyətinin boy atdığı müşahidə olunub. İməclikdə əlavə olaraq 1000 ədəd yeni ağac əkilib ki, onların da əksəriyyətini həmin ərazinin iqliminə uyğun olan Eldar şamı və zeytun ağacları təşkil edib.

Həmçinin iməclik “Şıx” yamacında 29 ha sahədə salınmış “Ekoloji park”ın ərazisində də keçirilib. Burada keçən il RİH tərəfindən 75 mindən çox yeni ağac əkilmiş və onlara daimi qulluq göstərilməsi təşkil olunub. Buradakı ərazidə də təmizlik işləri görülüb, ərazi və ağacların dibi quru otlardan təmizlənib, damcı üsulu üçün nəzərdə tutulan xətlər təftiş olunub.

Mövsüm ərzində Səbail rayonunda ərazinin yaşıllaşdırılması, yeni ağacların əkilməsi, yaşıllıqlara qulluq və abadlıqla bağlı iməcliklər davam etdiriləcək.

Babək Cahandarov

 

Paylaş:
639

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər