Bakıda “Mübariz” filminin tizeri mətbuat nümayəndələrinə təqdim edilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda “Mübariz” filminin tizeri mətbuat nümayəndələrinə təqdim edilib - FOTO

15:48 - 18 / 04 / 2017
Bakıda “Mübariz” filminin tizeri mətbuat nümayəndələrinə təqdim edilib - FOTO

Bu gün Bakıda Milli qəhrəman, şəhid Mübariz İbrahimovun həyatından bəhs edən "Mübariz" filminin tizeri mətbuat nümayəndələrinə təqdim edilib.

1news.az SalamNews-a istinadən xəbər verir ki, ekran əsəri Türkiyənin "İst Film" şirkəti tərəfindən ərsəyə gətiriləcək.

Kifayət qədər yüksək büdcəyə malik olan tizer, İstanbulda “İst Film” çəkiliş qrupu tərfəfindən, professional kaskadyorlarla çəkilib.

İST Filmin mətbuat katibi Babək Həsənzadə bildirib ki, filmin çəkilişləri Türkiyədə dövlət çevrilişi cəhdi nəticəsində gecikdi:

“Lakin hazırda işlər davam etdirilir. Film, həmçinin türk dünyası tərəfindən rəğbətlə qarşılanıb. Filmin tizer treyleri Ermənistanda böyük əks-sədaya səbəb olub. Bunu sosial şəbəkələrdə Ermənistandan gələn şərhlər sübut edir. Filmin tizer treylerinin Ermənistanda görünməsi üçün sosial şəbəkələrdə xüsusi kampaniya başlanılıb. Problem olmasa, film Azərbaycanda da çəkiləcək. Filmin 6 rejissor tərəfindən çəkilməsi planlaşdırılır. Rejissor və aktyorların seçilməsi barədə son qərarı İST Media şirkəti verəcək”.

B.Həsənzadə qeyd edib ki, film türk dilində çəkiləcək. Fransa, Macarıstan və digər Avropa ölkələrində nümayiş olunacaq. "Mübariz" filminin İranda da nümayiş olunması planlaşdırılır.

Filmin Azərbaycandan olan ssenaristi Rəşad Süleymanoğlu deyib ki, şəhid Mübariz İbrahimovla bağlı film çəkmək bizim üçün böyük şərəfdir. Azərbaycanın qüdrətli Ordusu sübüt edib ki, bizim "Mübariz" kimi mərd, şücaətli övladlarımız var. Aprel döyüşləri bunun əyani sübütudur. Mübariz kimi qəhrəmanlar heç vaxt unudulmur, bundan sonra da udulmayacaq.

R.Dadaşov həmçinin qeyd edib ki, Türkiyə, Hollivud, Bollivud, o cümlədən Azərbaycanın sevilən aktyorlarının filmdə yer alması gözlənilir. Ekşın səhnələri üçün xüsusi olaraq dünyada tanınan rejissorlarla görüşülüb. Ətraflı olaraq ssenari çalışmaları üçün isə yaxın günlərdə “İst Film” yaradıcı qrupu və digər ssenarist Bakiya gələcək.

1news.az

 

Paylaş:
747

Son xəbərlər

Xankəndidə illər sonra ilk toy mərasimi keçirilib - FOTO21 / 09 / 2024, 17:59“Qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki,... ” - Milli Hidrometeorologiya Xidməti21 / 09 / 2024, 17:19VII çağırış Milli Məclisin deputatları - SİYAHI21 / 09 / 2024, 17:01MMC-nin adı dəyişdirildi - Baş nazirdən QƏRAR21 / 09 / 2024, 16:35FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas edib21 / 09 / 2024, 16:13İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunmaqda şübhəli bilinən şəxsdən 50 kiloqram marixuana aşkarlanıb21 / 09 / 2024, 15:42Astarada 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb21 / 09 / 2024, 15:13DİN əhaliyə çağırış edib - VİDEO21 / 09 / 2024, 14:22Dünya bazarında qızıl bahalaşmaqda davam edir21 / 09 / 2024, 13:54Prezident Azərbaycan Hökuməti, “ACWA Power” və ABB arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nı təsdiq edib21 / 09 / 2024, 13:22Bazar gününün hava proqnozu21 / 09 / 2024, 13:13“Baku Steel Art 2024” - ilk beynəlxalq metal simpoziumu davam edir - FOTO21 / 09 / 2024, 12:54Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb - VİDEO21 / 09 / 2024, 12:44Yaşlı qadına qarşı soyğunçuluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb21 / 09 / 2024, 11:59İlham Əliyev maltalı həmkarını təbrik edib21 / 09 / 2024, 11:28Şəmkirdə qanunsuz tikililər sökülüb21 / 09 / 2024, 10:57Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA21 / 09 / 2024, 10:41Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb21 / 09 / 2024, 10:24Azərbaycan neftinin qiyməti aşağı düşüb21 / 09 / 2024, 10:12Xətai rayonunda su kəsiləcək21 / 09 / 2024, 10:02
Bütün xəbərlər