Türk kinosunun əfsanəvi aktyoru dünyasını dəyişib | 1news.az | Xəbərlər
Dünya

Türk kinosunun əfsanəvi aktyoru dünyasını dəyişib

10:49 - 19 / 04 / 2017
Türk kinosunun əfsanəvi aktyoru dünyasını dəyişib

Türk kinosunun əfsanəvi aktyoru Bülent Kayabaş həyatını itirib.

1news.az “Hurriyet”ə istinadən xəbər verir ki,  bir müddətdir xərçəng xəstəliyindən əziyyət çəkən ustad aktyor müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

O, son olaraq 2016-cı ildə  Sermiyan Midyatın rejissoru olduğu “Bir baba hindi' filmi ilə tamaşaçıların qarşısına çıxıb. 72 yaşında  gözlərini yuman məşhur aktyor həm də teatrlarda rol alıb.

Pərvanə Sultanova

Paylaş:
823

Son xəbərlər

Bütün xəbərlər