Sabiq prezident yenidən xəstəxanalıq oldu | 1news.az | Xəbərlər
Dünya

Sabiq prezident yenidən xəstəxanalıq oldu

11:21 - 19 / 04 / 2017
Sabiq prezident yenidən xəstəxanalıq oldu

ABŞ-ın sabiq prezidenti böyük Corc Buş xəstəxanaya yerləşdirlib.

1news.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə onun mətbuat katibliyi bildirib.

Həkimlər sabiq prezidentdə pnevmoniyanın yüngül halını aşkar edib. Hazırda onun vəziyyətinin qənaətbəxş olduğu vurğulanıb.  

Xatırladaq ki, C.Buş yanvarın ortalarında da pnevmoniya diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Sonra onun həyat yoldaşı Barbara Buş da yorğunluq simptomları və öskürəklə əlaqədar xəstəxanaya aparılıb. Yanvarın sonunda o, xəstəxanadan buraxılıb.

1989-93-cü illərdə ABŞ prezidenti olan Corc Buşun 92, onun həyat yoldaşı Barbaranın isə 91 yaşı var.

Pərvanə Sultanova

Paylaş:
491

Son xəbərlər

Bütün xəbərlər