Millimiz Monteneqroya qalib gəlib | 1news.az | Xəbərlər
Futbol

Millimiz Monteneqroya qalib gəlib

23:14 - 19 / 04 / 2017
Millimiz Monteneqroya qalib gəlib

17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Monteneqronun Podqoritsa şəhərində təşkil olunmuş UEFA İnkişaf turnirində bu gün növbəti oyununu keçirib.

1news.az-ın məlumatına görə, yığmamız Monteneqro komandası ilə qarşılaşıb.

Oyunu 1:1 hesabı ilə başa çatdığı üçün turnirin əsasnaməsinə uyğun olaraq, qalib penalti seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha sərrast yerinə yetirən yığmamız 5:4 hesabı ilə qələbə qazanıb.

Qeyd edək ki, yığmamız turnirdə son oyununu aprelin 21-də Qazaxıstan komandasına qarşı keçirəcək.

1news.az

Paylaş:
711

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər