Kadırovdan sərt qərar: Terrorçuların qohumları Çeçenistandan qovulacaq | 1news.az | Xəbərlər
Dünya

Kadırovdan sərt qərar: Terrorçuların qohumları Çeçenistandan qovulacaq

14:23 - 20 / 04 / 2017
Kadırovdan sərt qərar: Terrorçuların qohumları Çeçenistandan qovulacaq

Çeçenistan rəhbəri Ramzan Kadırov terrorçu qohumlarına yardım edən insanların ölkədən qovulacağını deyib.

1news.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, o bu barədə yerli “Russia Today” televiziyasına açıqlamasında deyib.

“Əgər kiminsə, oğlu ya qardaşı terrorçudursa, onun özü isə evdə işsiz kimi oturub dövlətdən yardım alırsa, qohumuna bizi öldürməkdə yardım edirsə, belə insanlar ölkədən qovulacaq. Onlar terrorizmlə əlbirdirlər” – deyə çeçen lider deyib.

Kadırov bundan sonra respublika rəhbərliyinin gənclərin tərbiyəsinə və terrorla mübarizəyə xüsusi diqqət ayırdığını da vurğulayıb.

Babək Cahandarov

 

Paylaş:
628

Son xəbərlər

Bütün xəbərlər