FİDE prezidenti Vüqar Həşimovun Şahmat Akademiyasında – FOTO

Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlyumjinov Bakıda fəaliyyət göstərən Vüqar Həşimov Şahmat Akademiyasıyla tanış olub.
1news.az-ın məlumatına görə, mərhum şahmatçı Vüqar Həşimovun atası Qasım Həşimov akademiya barədə FİDE rəhbərinə məlumat verib. Bildirilib ki, Vüqar Həşimov Şahmat Akademiyasında 200-dən çox yeniyetmə məşğul olur. İl ərzində akademiya çoxlu sayda turnirlər təşkil edir.
Yaradılan şəraiti yüksək qiymətləndirən FİDE prezidenti Kirsan İlyumjinov ölkədə şahmatın inkişafında akademiyanın özünəməxsus rolu olacağını vurğulayıb.
Babək Cahandarov
801