Ukraynada Azərbaycan şirkətlərinə məxsus yüklərin oğurlanması faktını ciddi nəzarətə götürülüb | 1news.az | Xəbərlər
Dünya

Ukraynada Azərbaycan şirkətlərinə məxsus yüklərin oğurlanması faktını ciddi nəzarətə götürülüb

11:24 - 21 / 04 / 2017
Ukraynada Azərbaycan şirkətlərinə məxsus yüklərin oğurlanması faktını ciddi nəzarətə götürülüb

Son dövrlər Ukraynada içərisində Azərbaycan şirkətlərinə məxsus yüklərin olduğu maşınların oğurlanması faktını ciddi nəzarət altına götürən Azərbaycanın Ukraynadakı səfirliyi, bu ölkənin aidiyyəti qurumlarına yazılı müraciət edərək,baş vermiş cinayət hadisəsinin araşdırılmasını tələb edib.

Azərbaycanın Ukraynadakı səfirliyinin mətbuat xidmətində 1news.az-a verilən məlumata görə, bununla bağlı Ukraynanın hüquq mühafizə orqanlarının rəhbər şəxsləri ilə telefon əlaqəsi saxlayan səfir Azər Xudiyev, onlara Azərbaycan tərəfinin narahatlığını çatdırıb.

Müraciətə ciddi reaksiya verən Ukrayna Milli Polisinin cinayət axtariş departamentinin rəhbəri, polis polkovnik leytenantı Roman Kravçenko Azərbaycan səfirliyinə gələrək baş vermiş cinayət hadisəsini Azərbaycan Daxili İşlər Nazirliyinin Ukraynadakı nümayəndəsi, polis polkovniki Şahin Qocayevlə müzakirə edib. Görüş zamanı içərisində Azərbaycanın "Araz Supermarket MMC","Azərsun Holdinq", "Veysəloğlu" və digər şirkətlərinə məxsus yüklərin olduğu maşınların qeyri müəyyən istiqamətə gedərək ünvanına çatdırılmaması faktı müzakirə edilib, bununla bağlı təxirəsalınmaz tədbirlərin görülməsinin zəruriliyi vurğulanıb.

Roman Kravçenko son dövrlər internetdə yüklərin ucuz daşınmasını təklif edən fırıldaqçı qruplar tərəfindən bir neçə belə hadisənin qeydə alındığını nəzərə çatdıraraq, bununla bağlı ciddi araşdırmaların aparıldığını qeyd edib. O, tezliklə dələduzların aşkarlanacağını və Azərbaycan şirkətlərinə məxsus yüklərin tapılaraq özlərinə qaytarılması üçün ciddi tədbirlərin görüldüyünü bildirib.

Azərbaycanın Ukrayndakı səfirliyi Ukrayna ilə işləyən Azərbaycan şirkətlərinin rəhbərlərini son dövrlər internet üzərindən xaricə daşınan malları ucuz qiymətə təklif edən saxta və fırıldaqçı firmaların şirnikləndirici təkliflərinə uymamağa çağırıb və onları ciddi logistika xidməti ilə məşğul olan şirkətlərlə çalışmalarını tövsiyyə edib.

Fərid Ədalət

Paylaş:
625

Sizin üçün xəbərlər

Son xəbərlər

Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13
Bütün xəbərlər