Ən təhlükəli şəhər hansıdır? | 1news.az | Xəbərlər
Dünya

Ən təhlükəli şəhər hansıdır?

16:57 - 22 / 04 / 2017
Ən təhlükəli şəhər hansıdır?

Almaniyanın paytaxtı Berlin ölkənin əhalisi 100 mindən artıq olan şəhərləri arasında ən təhlükəlisi seçilib.

1news.az TASS-a istinadən xəbər verir ki, ötən il alman polisinin hesabatına əsasən Berlində hər 100 min nəfərə 16161 cinayət hadisəsi törədilib.

İlk üçlükdə cinayət hadisələrinə görə Berlindən sonra  Leypsiq və Hannover də var. Qeyd edilib ki,  ümumilikdə  2016-cı ildə Almaniyada əvvəlki illərlə müqayisədə cinayət halları 0,7 faiz artıb.

Məruzənin bazar ertəsi daxili işlər naziri Tomas de Mezer tərəfindən rəsmi olaraq  təqdim ediləcəyi gözlənilir.

1news.az

 

Paylaş:
823

Son xəbərlər

Bütün xəbərlər