Ermənistanda rusiyalı hərbçinin qətlində şübhəli bilinən şəxs saxlanılıb-Yenilənib/Video | 1news.az | Xəbərlər
Ermənistan

Ermənistanda rusiyalı hərbçinin qətlində şübhəli bilinən şəxs saxlanılıb-Yenilənib/Video

20:32 - 22 / 04 / 2017
Ermənistanda rusiyalı hərbçinin qətlində şübhəli bilinən şəxs saxlanılıb-Yenilənib/Video

Ermənistanın Gümrü şəhərindəki Rusiyaya məxsus 102 saylı hərbi hissənin əsgərinin qətlində şübhəli bilinən şəxs saxlanılıb.

1news.az-ın məlumatına görə, bu barədə  RİA Novosti bölgə prokurorluğuna istinadən xəbər yayıb. Prokuror Karen Qabrielyan bildirib ki, qətli törətməkdə  şübhəli bilinən şəxs saxlanılıb. 

 

20:10

Ermənistanın Gümrü şəhərində Rusiyanın 102-ci hərbi bazasına yaxın ərazidəki mağazanın qarşısında rusiyalı əsgərinin meyiti tapılıb. 

1news.az “news.am”a istinadən xəbər verir ki, hadisə ilə bağlı cinayət işi açılıb.  

Öldürülən şəxsin kimliyi müəyyən edilib. O, müqavilə əsasında xidmət edən 21 yaşlı Dmirti Yalpayevdir. 
Hərbçinin meyitinin  üzərində kəsilmiş-deşilmiş xəsarətlər müəyyənləşdirilib.

 

Pərvanə Sultanova

 

Paylaş:
803

Son xəbərlər

Bütün xəbərlər