Mahmud Əhmədinejad prezidentliyə namizədlərdən heç birini dəstəkləməyəcək | 1news.az | Xəbərlər
Dünya

Mahmud Əhmədinejad prezidentliyə namizədlərdən heç birini dəstəkləməyəcək

15:44 - 23 / 04 / 2017
Mahmud Əhmədinejad prezidentliyə namizədlərdən heç birini dəstəkləməyəcək

İranda prezidentliyə namizədliyi qeydə alınmayan sabiq dövlət başçısı Mahmud Əhmədinejad namizədlərdən heç biri dəstəkləməyəcəyini bəyan edib.

1news.az “France-Press”ə istinadən xəbər verir ki, cümə axşamı İran Daxili İşlər Nazirliyi prezident postuna namizəd kimi hazırkı prezident Həsən Ruhani də daxil olmaqla 6 namizədin qeydə alındığını açıqlayıb.

M. Əhmədinejad və onun sabiq müavini Həmid Bəqayinin ərizəsi təsdiqlənməyib. M. Əhmədinejad və H. Bəqayinin birgə imzaladığı bəyanatda onların namizədlərdən hər hansı birini dəstəkləməyəcəkləri  vurğulanıb.

Pərvanə Sultanova

Paylaş:
765

Son xəbərlər

Bütün xəbərlər