BMT baş katibi Bəşər Əsədə məktub göndərib | 1news.az | Xəbərlər
Dünya

BMT baş katibi Bəşər Əsədə məktub göndərib

18:35 - 23 / 04 / 2017
BMT baş katibi Bəşər Əsədə məktub göndərib

BMT baş katibi Antoniu Quterriş Suriyanın müstəqilliyinin 71-ci ildönümü ilə bağlı  prezidenti Bəşər Əsədi və Suriya xalqını təbrik edib.
 

1news.az-ın  məlumatına görə, bu barədə SANA agentliyi məlumat yayıb.

 BMT baş katibi təbrik məktubunda Suriyanın BMT-nin möhkəmlənməsinə və dünyada sülhün, rifahın, insan hüquqlarının  qorunmasına  töhfə verəcəyinə ümid etdiyini bildirib.

 
Xatırladaq ki, aprelin 17-də Suriyada ölkənin müstəqilliyinin 71-ci ildönümü qeyd edilib. 

1news.az

 

Paylaş:
615

Son xəbərlər

Bütün xəbərlər