"Bakı2017"də İranın bayraqdarı xanım olacaq | 1news.az | Xəbərlər
İdman

"Bakı2017"də İranın bayraqdarı xanım olacaq

10:12 - 24 / 04 / 2017
"Bakı2017"də İranın bayraqdarı xanım olacaq

Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında İran nümayəndə heyətinin bayraqdarı xanım idmançı Mahlaqha Cambozorq olacaq.

1news.az presstv-yə istinadən xəbər verir ki, 25 yaşlı idmançı İslam Həmrəyliyi Oyunlarının açılışı mərasimində ölkəsinin bayrağını daşıyacaq.

İslam Milli Olimpiya Komitəsinin prezidenti Şahrox Şahnazi  xanım idmançıya niyə üstünlük verdiklərini də açıqlayıb. Onun sözlərinə görə, M.Cambozorq bütün bədənini örtən çadra geyərək mübarizə aparcaq ki, bu da hicabla yarışacaq İran qadınları üçün yaxşı nümunədir.

O daha əvvəl bildirib ki, İran İslam Həmrəyliyi Oyunlarına 300 güclü idmançı ilə qatılmağı planlaşdırır. Onlar 16 idman növündə mübarizə aparacaqlar. 
IV İslam Həmrəyliyi Oyunları 12-22 may tarixlərində keçiriləcək.

Pərvanə Sultanova

 

Paylaş:
582

Son xəbərlər

Bütün xəbərlər