Messi “Barselona”nı zirvəyə daşıdı – VİDEO | 1news.az | Xəbərlər
Futbol

Messi “Barselona”nı zirvəyə daşıdı – VİDEO

10:50 - 24 / 04 / 2017
Messi “Barselona”nı zirvəyə daşıdı – VİDEO

İspaniya La Liqasında XXXIII turun oyunları keçirilib.

1news.az-ın məlumatına görə, turun mərkəzi görüşü Madridə - “Santyaqo Bernabeu” stadinonuda baş tutub. Belə ki, əzəli rəqiblər olan “Real”la “Barselona” üz-üzə gəlib.

Qarşılaşma həmişəki kimi maraqlı və gərgin keçib. Çempionlar Liqasında mübarizəni dayandıran katalonlar Messinin əlavə vaxtda vurduğu qolla görüşdən qalib ayrılıblar. Bu qələbə həm də “Barselona”nı turnir cədvəlinin zirvəsinə yüksəldib.

Məlumat üçün bildirək ki, Messinin qələbə qolu onun “Barselona”nın heyətində vurduğu 500-cü qol olub.

“Real” – “Barselona” - 2:3

Qollar: Kasemiro, 28, Xames, 85 - Messi, 33, 90+2, Rakitiç, 73

Babək Cahandarov

 

Paylaş:
970

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər