Bakıda külək əsəcək, dağlıq rayonlarda qar yağacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda külək əsəcək, dağlıq rayonlarda qar yağacaq

14:53 - 25 / 04 / 2017
Bakıda külək əsəcək, dağlıq rayonlarda qar yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi aprel ayının 26-na olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında aprelin 26-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəz  olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 6-9, gündüz 14-18, Bakıda gecə 6-8, gündüz 16-18 dərəcə isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi  771 mm civə sütunundan 776 mm civə sütununa yüksələcək,  nisbi rütubət  gecə 80-90, gündüz 60-70 faiz təşkil edəcək. 

Azərbaycanın rayonlarında aprelin 26-da bəzi yerlərdə arabir yağış, dağlıq rayonlarda qar yağacağı, gündüz əksər rayonlarda havanın  əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gecə və səhər bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 6-11, gündüz 17-22 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza görə, aprelin 26-28-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Babək Cahandarov

Paylaş:
446

Son xəbərlər

Bütün xəbərlər