Türkiyə yenə şəhid verdi

Türkiyənin Şırnak və Qars bölgəsindən acı xəbər gəlib.
1news.az “Hurriyet”ə istinadən xəbər verir ki, Şırnakın Uludərə qəsəbəsində aparılan axtarış tədbirləri zamanı terrorçular tərəfindən əldəqayırma bombanın işə salınması nəticəsində iki əsgər yaralanıb.
Onlar Şırnak dövlət xəstəxanasına çatdırılsalar da, həyatlarını qurtarmaq mümkün olmayıb.
Qarsın Kağızman mahalında isə əməliyyat nəticəsində PKK terrorçuları tərəfindən yola döşənilən mina partlayıb. Nəticədə bir əsgər şəhid olub, daha bir nəfər isə yaralanıb. Yaralı əsgər xəstəxanaya çatdırılıb.
Şırnakda və Qarsda əməliyyatlar davam edir.
Pərvanə Sultanova
692