“Neftçi” və “Xəzər Lənkəran”a texniki məğlubiyyət verildi
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
1news.az-ın məlumatına görə, iclasda aşağıdakı qərarlar qəbul olunub:
23 aprel 2017-ci il, 2016/2017 mövsümündə, XXV Topaz Premyer Liqasının XXVII turunun “Zirə” – “Neftçi” matçında “Neftçi” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).
Oyunun 68-ci dəqiqəsində “Neftçi” klubunun heyətində əvəzetmə zamanı limit pozulmasına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 97).
23 aprel 2017-ci il, 2016/2017 mövsümündə, XXV Topaz Premyer Liqasının XXVII turunun “Qarabağ” – “Sumqayıt” matçında “Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).
22 aprel 2017-ci il, 2016/2017 mövsümündə, XXV Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXVII turunun “Zirə” – “Neftçi” matçında “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur (maddə 40).
22 aprel 2017-ci il, 2016/2017 mövsümündə, XXV Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXVII turunun AZAL – “Kəpəz” matçında AZAL klubunun 4, “Kəpəz” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 400 manat cərimə olunur (maddə 40).
22 aprel 2017-ci il, 2016/2017 mövsümündə, XXV Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXVII turunun “Qarabağ” – “Sumqayıt” matçında “Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur (maddə 40).
21 aprel 2017-ci il, 2016/2017 mövsümündə, Azərbaycan I divizionun XXV turunun “Səbail” – “Şəmkir” matçında “Səbail” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).
21 aprel 2017-ci il, 2016/2017 mövsümündə, Azərbaycan I divizionun XXV turunun “Energetik” – “Bakılı” matçında “Energetik” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).
Oyunun 61-ci dəqiqəsində “Energetik” klubunun 22 №-li futbolçusu Elçin Qasımov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
Oyunun 61-ci dəqiqəsində “Bakılı” klubunun 1 №-li futbolçusu Ravil Məmmədov rəqibi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır, klub 160 manat cərimə olunur (maddə 42.1).
Oyunun 61-ci dəqiqəsində oyun əsassız olaraq hakim tərəfindən dayandırılmış və 15 dəqiqə fasilədən sonra yenidən bərpa olunmuşdur. Hakimlər Komitəsi və Hakim-İnspektorlar Komitəsi oyunun hakimi və hakim inspektoru haqqında lazımi ölçü götürüb İntizam Komitəsini məlumatlandırsın.
17 aprel 2017-ci il, Bakcell U-17 Liqasında “Vətən” – “Səbail” matçının 90+2-ci dəqiqəsində “Səbail” klubunun 11 №-li futbolçusu Camal Həsənov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
19 aprel 2017-ci il, U-14 Liqasında “Neftçi” İK İB (Neftçala) – “Əlincə” (Masazır) matçının 40-cı dəqiqəsində “Əlincə” klubunun 19 №-li futbolçusu Camal Əlizadə azarkeşi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 42.1).
22 aprel 2017-ci il, U-14 Liqasında UGİM (Mingəçevir) – “Neftçi” PFK matçının 18-ci dəqiqəsində “Neftçi”PFK klubunun baş məşqçisi Eldəniz Məmmədov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 62).
19 aprel 2017-ci il U-14 Liqasında UGİM (Mingəçevir) – “Xəzər Lənkəran” FK matçında “Xəzər Lənkəran” klubunun iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
20 aprel 2017-ci il, U-12 Liqasında “Mil-Muğan” (İmişli) – “UGİM” (Qəbələ) matçının 50-ci dəqiqəsində “Mil-Muğan” klubunun 7 №-li futbolçusu Lətif Rzayev sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
24 aprel 2017-ci il, U-10 Liqasında “Leon” FK – “Vətən” matçının 13-cü dəqiqəsində “Vətən” klubunun baş məşqçisi Samir Əbdurəhmanov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 62).
22 aprel 2016-cı il futzal üzrə Azərbaycan birinciliyinin “Qarabağ” – İFFA matçının 23-cü dəqiqəsində “Qarabağ” klubunun 19 №-li futbolçusu Hüseyn Axundov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
Oyunun 24-cü dəqiqəsində İFFA klubunun 8 №-li futbolçusu İlkin Məmmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
Oyunun 28-ci dəqiqəsində İFFA klubunun 25 №-li futbolçusu Fuad Cəfərov hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır (maddə 42.3).
Oyunun 28-ci dəqiqəsində İFFA klubu qırmızı vərəqə aldıqdan sonra meydançanı tərk etdiyinə görə kluba 0:5 hesablı texniki məğlubiyyət verilir (maddə 53).
Babək Cahandarov