“Günəşli” yatağında yeni quyu qazılır
“Günəşli” yatağındakı 14 nömrəli özüldən 355 nömrəli quyuda qazma işlərinə başlanılıb.
SOCAR-ın mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, “Azneft” İstehsalat Birliyinin “28 May” neft və qazçıxarma idarəsinin (NQÇİ) sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən fasilə lay dəstəsinə qazılan quyunun layihə dərinliyi 3150 metrdir.
Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 60 ton neft və 10 min kubmetr qaz hasil olunacağı nəzərdə tutulur.
1news.az
665