Qara dənizdə Rusiya məxsus gəmilər toqquşub
İstanbul boğazı yaxınlığında, Qara dənizdə Rusiyanın “Liman” hərbi gəmisi canlı heyvan daşıyan “Aşot-7” adlı yük gəmisi ilə toqquşub.
1news.az-ın haberturk-ə istinadla verdiyi xəbərə görə, Türkiyə Sahil Mühafizə Xidmətinin əməkdaşları Rusiyanın hərbi gəmisindəki 45 əsgəri xilas edib.
İlkin ehtimala görə, bölgədə qatı duman var, qəzanın da məhz bu səbəbdən baş verdiyi bildirilir. Rusiya Müdafiə Nazirliyi hərbi gəmidəki 78 əsgərin hamısının xilas edildiyi barədə məlumat yayıb.
Yük gəmisi isə Rumıniyadan İordaniyaya heyvan aparırmış.
S.Xankişiyeva
637