Bakı “İnter”inin Müşahidə Şurasına yeni sədr təyin olunub | 1news.az | Xəbərlər
Futbol

Bakı “İnter”inin Müşahidə Şurasına yeni sədr təyin olunub

19:34 - 27 / 04 / 2017
Bakı “İnter”inin Müşahidə Şurasına yeni sədr təyin olunub

Bakının “İnter” klubunun Müşahidə Şurasının sədri müəyyənləşib. 

1news.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Beynəlxalq Bankı ilə AFFA arasında bağlanmış müqaviləyə uyğun olaraq idarəçiliyi assosiasiyaya verilmiş “İnter” Peşəkar İdman Klubunun Müşahidə Şurasının sədri vəzifəsinə AFFA-nın İcraiyyə Komitəsinin üzvü Zaur Axundov təyin edilib.

AFFA tərəfindən “İnter” Peşəkar İdman Klubuna səlahiyyətli nümayəndə təyin edilən Rəmiş Malıyev isə İcraçı direktor vəzifəsini icra edəcək.

1news.az

Paylaş:
1312

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər