Rusiyada partlayış həyəcanına görə iki metrostansiya bağlanıb | 1news.az | Xəbərlər
Dünya

Rusiyada partlayış həyəcanına görə iki metrostansiya bağlanıb

09:25 - 27 / 04 / 2017
Rusiyada partlayış həyəcanına görə iki metrostansiya bağlanıb

Rusiyanın Yekaterinburq şəhərində iki metrostansiya – “Çkalovskaya” və “Botaniçeskaya”  bağlanıb.

1news.az-ın İnterfax-a istinadla verdiyi xəbərə görə, hadisəyə səbəb səhər saatlarında naməlum çantanın tapılmasıdır.

Polisə Moskva saatı ilə 07:00-da naməlum əşya ilə bağlı zəng daxil olub.

Hazırda hadisə yerində polis əməkdaşları axtarış aparır. Eləcə də hadisə yerinə partlayıcı maddələrlə bağlı mütəxxəsislər də cəlb edilib.

S.Xankişiyeva

Paylaş:
912

Son xəbərlər

Bütün xəbərlər