“Turan Tovuz”a qızıl medallar və kubok təqdim olundu - FOTO | 1news.az | Xəbərlər
Futbol

“Turan Tovuz”a qızıl medallar və kubok təqdim olundu - FOTO

21:32 - 27 / 04 / 2017
“Turan Tovuz”a qızıl medallar və kubok təqdim olundu - FOTO

Azərbaycan birinci divizionunun 2016/2017-ci illər mövsümünün qalibi olan “Turan Tovuz”a qızıl medallar və çempionluq kuboku təqdim olunub.

1news.az-ın PFL-in rəsmi saytına istinadən yaydığı xəbərə görə, birinci divizionun bu gün keçirilən “Turan Tovuz” – “Qaradağ Lökbatan” oyunundan sonra Peşəkar Futbol Liqası tərəfindən mükafatlandırma mərasimi təşkil olunub.

Çempion komandaya medalları və kuboku Peşəkar Futbol Liqasının direktoru Məlik Həsənov, eləcə də veteran futbolçular, AFFA İcraiyyə Komitəsinin üzvləri Vaqif Sadıqov və İsgəndər Cavadov təqdim ediblər.

1news.az

Paylaş:
935

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər