Macar baş nazir: “Türkiyədə sabitlik olmasa hamımızın başı bəlaya düşər”
Macarıstanın baş naziri Viktor Orban Türkiyədə sabitliyi təmin edənlərin dəstəklənməsinin lazım olduğunu bildirib.
1news.az Habertürk-ə istinadən xəbər verir ki, V.Orban bunu Avropa Parlementi Baş Assambleyasının iclasından sonar keçirilən mətbuat konfransında dilə gətirib.
Baş nazir Türkiyə keçirilmiş referendumdan sonra Ərdoğanı təbrik etməsi ilə bağlı suala “Türkiyənin sabitliyi Avropa üçün önəmlidir” cavabını verib.
Orban Türkiyədə sabitlik olmayacağı təqdirdə Avropanın bəlaya düşəcəyini söyləyib:
“Bütün bölgə “alov topuna” çevrilər, Avropa üzərindəki təzyiq dözülməz olar. Buna görə də Ərdoğanın sabitliyi təmin edəcək siyasi mühiti formalaşdırmasını dəstəkləyirəm”.
Fərid Ədalət
691