Arılar stadiona “hücum etdi” - VİDEO | 1news.az | Xəbərlər
Futbol

Arılar stadiona “hücum etdi” - VİDEO

12:45 - 27 / 04 / 2017
Arılar stadiona “hücum etdi” - VİDEO

Dünən Türkiyə kubokunun yarımfinal mərhələsində baş tutan “Başakşəhər” - “Fənərbaxça” matçından öncə stadionu arılar basıb.

1news.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, arılar Fatih Terim Stadionunda oyunu yayımlamağa hazırlaşan “A haber” kanalının kameralarının üstünə toplaşıblar.

Gözlənilməz hadisə qarşısında əlacsız qalan stadion nəzarətçiləri arıları toplamaq üçün mütəxəssis çağırıblar. Aparılan tədbirlərdən sonra kameralar arıların “işğalından” xilas ediliblər.

Qeyd edək ki, oyunu 2-2 bərabərə bitib.

Fərid Ədalət

 

 

 

 

Paylaş:
739

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər