Şok iddia: Ronaldo təcavüz etdiyi qadına susması üçün... – FOTO | 1news.az | Xəbərlər
Futbol

Şok iddia: Ronaldo təcavüz etdiyi qadına susması üçün... – FOTO

11:20 - 28 / 04 / 2017
Şok iddia: Ronaldo təcavüz etdiyi qadına susması üçün... – FOTO

Madridin “Real” klubunun ulduz futbolçu Kriştiano Ronaldonun adı qalmaqalda hallandırılır.

1news.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Almaniyanın “Bild” jurnalı ulduz oyunçunun 2009-cu ildə ABŞ-da olarkın gənc qıza təcavüz etdiyini gizlətmək üçün 375 min dollar ödədiyini yazıb.

Almaniyanın digər nüfuzlu dərgisi “Der Spiegel” də sözügedən məsələ ilə bağlı material yayıb. Məlumata görə, hadisə Las Veqas şəhərindəki lüks hotellərin birində baş verib və həmin vaxt təcavüzə məruz qalan qız 20 yaşlarında olub.

Məşhur futbolçunun vəkili isə məsələ ilə bağlı açıqlama verərək Ronaldo haqqında yayılan xəbərlərin doğru olmadığını bəyan edib.

Bu yaxınlarda isə Ronaldo və təmsilçisi Osorio de Kastro arasındakı yazışmanın mətnləri, eləcə də Ronaldonun öz imzası olan sənədlər üzə çıxıb.

Qeyd edək ki, futbolçunun rüşvət verməsi isbat olunsa da, əvvəllər təcavüzlə bağlı hər hansı bir xəbərə rast gəlinməyib.

Babək Cahandarov

 

Paylaş:
1419

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər