Moqerini: “Avropa İttifaqı Türkiyənin quruma üzv olmasına dair danışıqları dayandırmayıb” | 1news.az | Xəbərlər
Dünya

Moqerini: “Avropa İttifaqı Türkiyənin quruma üzv olmasına dair danışıqları dayandırmayıb”

23:39 - 28 / 04 / 2017
Moqerini: “Avropa İttifaqı Türkiyənin quruma üzv olmasına dair danışıqları dayandırmayıb”

Avropa İttifaqı Türkiyənin quruma üzv olmasına dair danışıqları dayandırmayıb.

1news.az APA-ya istinadən xəbər verir ki, bunu Avropa İttifaqının diplomatiya rəhbəri Federika Moqerini quruma üzv olan XİN rəhbərlərinin qeyri-rəsmi görüşündə bəyan edib.

“Danışıqlar prosesi dayandırılmayıb. Sadəcə hazırda biz yeni mövzular ətrafında müzakirələr aparmırıq”, deyə F.Moqerini vurğulayıb. 

O həmçinin bildirib ki, Avropa İttifaqı Türkiyədə keçirilən referendumun nəticələrini tanıyır və bu ölkədə sabitliyin təmin olunmasında maraqlıdır. 

1news.az

Paylaş:
881

Son xəbərlər

Bütün xəbərlər