Prezident qalib oldu, “Toyota Land Cruiser Prado” qazandı
Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Türkmən atı şərəfinə təşkil olunan cıdır yarışında iştirak edərək qalib olub.
1news.az “Ria Novosti”yə istinadən xəbər verir, 1,2 kilometr məsafəyə at yarışında prezidentdən başqa 6 çapar da qələbə üçün mübarizə aparıb.
Q. Berdiməhəmmədov məsafəni 1 dəqiqə 25 saniyəyə qət edərək qələbə qazanıb və yarışın mükafatına “Toyota Land Cruiser Prado” avtomobilinə layiq görülüb. Lakin o, atçıların ehtiyaclarını nəzərə alaraq maşının açarını kənd təsərrüfatı məsələləri üzrə vitse-prezident Esenmurad Orazgeldıyevə təqdim edib.
İppodromun direktoru bildirib ki, prezidentin Miras adlı axaltəki atını dövlət başçısının nəvəsi Kərimqulu Berdiməhəmmədov bəsləyib və yarışa hazırlayıb.
1news.az