Dünyada ən sürətli plyonkalı fotokamera ixtira edilib | 1news.az | Xəbərlər
Dünya

Dünyada ən sürətli plyonkalı fotokamera ixtira edilib

14:57 - 01 / 05 / 2017
Dünyada ən sürətli plyonkalı fotokamera ixtira edilib

İsveçin Lund Universitetinin mütəxəssisləri dünyada ən sürətli plyonkalı fotokamera ixtira ediblər.

1news.az ICTnews-a istinadən xəbər verir ki, yeni fotoaparat hətta işığın hərəkətini görməyə imkan verir, onun sürəti saniyədə 5 trilyon kadrdır.

Yeni unikal fotokameranı nümayiş etdirən mütəxəssislər fotonların hərəkət sürətini qeydə almağa müvəffəq olublar. Bu proses pikosaniyə ərzində baş verir, yeni fotoaparat onu qeydə alıb və sürəti trilyon dəfə azaldılmış formada baxmağa imkan verib.

Yeni plyonkalı fotokamera hətta kimyəvi reaksiyaların ayrı-ayrı anlarını bərkidə bilər. İsveç alimlərinin ixtirası çəkiliş sürətinə görə mütləq rekorda imza atıb.

Fərid Ədalət

Paylaş:
777

Son xəbərlər

Bütün xəbərlər