“Neftçi” iki məşqçisi ilə yollarını ayırıb | 1news.az | Xəbərlər
Futbol

“Neftçi” iki məşqçisi ilə yollarını ayırıb

20:16 - 01 / 05 / 2017
“Neftçi” iki məşqçisi ilə yollarını ayırıb

“Neftçi” klubu iki məşqçisi ilə yollarını ayırıb.

1news.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, aprelin 27-də keçirilən Müşahidə Şurasının iclasında İqor Getman və Aleksandr Deriberin başa çatan müqaviləsinin uzadılmaması qərara alınıb.

Bunun səbəbi kimi Topaz Premyer Liqasının “Zirə” ilə 27-ci turunun oyununda legioner limitinin pozulmasına görə alınan texniki məğlubiyyət göstərilib.

Məşqçilər heyəti qarşısında gələn mövsüm nəticələrin yaxşılaşdırılması, eləcə də hazırlıq çərçivəsində yay təlim-məşq toplanışı planları barədə məlumat vermək tələbi qoyulub.

1news.az

Paylaş:
590

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər