FTB-nin əməkdaşı İŞİD terrorçusuna ərə gedib – FOTO – VİDEO
ABŞ-ın Federal Təhqiqatlar Bürosunda (FTB) tərcüməçi kimi çalışan Danila Qrin 2014-cü ildə Suriyaya gedərək orada İŞİD terror təşkilatının üzvü Denis Kuspertla ailə qurub. Bu haqda CNN məlumat yayır.
1news.az-ın Lenta.ru-ya istinadla verdiyi xəbərə görə, Qrin Kusperti əvvəlcədən xəbərdar edib ki, ABŞ hökuməti ona qarşı araşdırmalara başlayıb. Ailə həyatı qurduqdan bir neçə həftə sonra Danila səhvini anlayaraq geri qayıdıb.
Qadın araşdırmalara yardım edəcəyinə razılıq verib. Eləcə də o, yalan ifadələr verməkdə ittiham olunur. Nəticədə Danila iki il həbs cəzası alaraq, 2016-cı ilin yaynında azadlığa buraxılıb.
Almaniyadan olan repçi Kuspert isə təşkilatın ən nüfuzlu terrorçularından hesab edilir. O, təbliğatla məşğul olaraq daha çox videoçəkilişlərdə iştirak edib. Videoların birində əlində kəsilmiş başla da görüntülənib.
S.Xankişiyeva