Putin və Ərdoğan hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə edəcəklər | 1news.az | Xəbərlər
Dünya

Putin və Ərdoğan hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə edəcəklər

22:50 - 02 / 05 / 2017
Putin və Ərdoğan hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə edəcəklər

Rusiya prezidenti Vladimir Putin və onun türkiyəli həmkarı Rəcəb Tayip Ərdoğan mayın 3-də Soçidə hərbi-texniki əməkdaşlıq məsələlərini təfsilatlı və kompleksli şəkildə müzakirə edəcəklər. 

1news.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Türkiyə prezidenti sabah Soçiyə səfər edəcək, çox mühüm danışıqlar keçiriləcək”, - deyə Peskov qeyd edib.

Onun sözlərinə görə, Türkiyə tərəfi görüşdə Suriya problemi, ikitərəfli əlaqələr, o cümlədən hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə etmək niyyətində olduğunu bildirib: “Çox güman ki, digər beynəlxalq və regional məsələlər də müzakirə olunacaq”.

Peskovun “S-400” zenit-raket sistemlərinin Türkiyə tərəfindən alınması məsələsinə dair suala cavabı belə olub: “Hərbi-texniki əməkdaşlıq kompleks və detallı şəkildə müzakirə olunacaq”. 

1news.az

Paylaş:
531

Son xəbərlər

Bütün xəbərlər