İslam Əməkdaşlıq Təşkilatı ilə Azərbaycan arasında qarışlıqlı əməkdaşlıq əlaqələri müzakirə olunub
Mayın 3-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Yusif Əl-Osayminin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
1news.az xəbər verir ki, görüşdə İslam Əməkdaşlıq Təşkilatı ilə Azərbaycan arasında qarışlıqlı əməkdaşlıq əlaqələri müzakirə olunub.
Görüşdə Ə.Qarayev deyib: “Bu sizin Bakıya ilk səfərinizdir. Rəhbərlik etdiyiniz təşkilat ilə uzun müddətdir ki, əməkdaşlıq edirik. Bizim çox ciddi, güclü, maraqlı təşəbbüslərimiz var. Bununla bağlı İslam ölkələrinin turizm nazirlərinin Bakıda görüşü oldu. Bu görüş, eyni zamanda bizim əməkdaşlığımızın başlanğıcı idi. 2006-cı ildən bəri birgə çox mühüm əhəmiyyətə malik layihələr həyata keçirilir”.
İƏT-in baş katibi Azərbaycan Prezidenti ilə görüşünü xatırladaraq deyib: “Prezident İlham Əliyevlə çoxşaxəli görüşümüz oldu. Görüşdə biz siyasət, turizm və digər sahələrlə bağlı geniş müzakirələr apardıq”.
Sonra qarışlıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
1news.az