Dövlət İmtahan Mərkəzi qəbul imtahanı verən abituriyentlərə müraciət edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Dövlət İmtahan Mərkəzi qəbul imtahanı verən abituriyentlərə müraciət edib

18:49 - 03 / 05 / 2017
Dövlət İmtahan Mərkəzi qəbul imtahanı verən abituriyentlərə müraciət edib

Dövlət İmtahan Mərkəzi qəbul imtahanı verən abituriyentlərə müraciət edib.

DİM-dən 1news.az-a verilən xəbərə görə, artıq namizədlər, imtahan iştirakçıları imtahanların nəticələrini Azercell mobil operatoru vasitəsilə mərkəz tərəfindən müvafiq nəticələr rəsmi elan olunan gündən etibarən öyrənə biləcəklər. Nəticələri öyrənmək üçün iş nömrəsini 7727-yə göndərmək lazımdır. Abonentin nömrəsinə toplanan bal haqqında məlumat göndəriləcək.

Xatırladaq ki, imtahan nəticələri eyni zamanda DİM-in internet saytında yerləşdirilir.

1news.az

Paylaş:
1134

Son xəbərlər

ABB binasında Libraff!

16 / 09 / 2025, 17:24
Bütün xəbərlər