İlham Əliyev: Ölkəmizdə turist artımı bir sıra sahələrin inkişafına mühüm töhfə verir | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev: Ölkəmizdə turist artımı bir sıra sahələrin inkişafına mühüm töhfə verir

17:07 - 05 / 05 / 2017
İlham Əliyev: Ölkəmizdə turist artımı bir sıra sahələrin inkişafına mühüm töhfə verir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 5-də Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai ilə görüşüb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, görüşdə IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyəti qeyd olundu, belə mötəbər tədbirlərin keçirilməsinin xalqların və ölkələrin bir-biri ilə daha da yaxınlaşması işinə xidmət etdiyi vurğulandı.

Söhbət zamanı Azərbaycan ilə Dünya Turizm Təşkilatı arasında əlaqələrin inkişafından məmnunluq ifadə edildi. Azərbaycanın turizmin inkişafı ilə bağlı Dünya Turizm Təşkilatının tövsiyələrindən uğurla bəhrələndiyi, ölkəmizdə bu sahənin sürətlə inkişaf etdiyi qeyd olundu. Həmçinin yeni turizm marşrutlarının açılmasının, viza rejiminin sadələşdirilməsinin, gələcəkdə Azərbaycan vasitəsilə xüsusi tranzit reyslərin təşkilinə dair təkliflər müzakirə olundu.

Dövlətimizin başçısı son illər ölkəmizdə turizmin sürətlə inkişaf etdiyini, bu baxımdan geniş imkanların olduğunu vurğuladı. Prezident İlham Əliyev turistlərin ölkəmizə rahat gələ bilmələri üçün hər cür şəraitin yaradıldığını qeyd edərək, son dörd ayda artımın 26 faiz təşkil etdiyini diqqətə çatdırdı. Azərbaycan Prezidenti bildirdi ki, ölkəmizdə turist artımı bir sıra sahələrin inkişafına mühüm töhfə verir.

S.Xankişiyeva

Paylaş:
714

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər