Sürix–Şanxay təyyarəsi Bakıya məcburi eniş edib

Oktyabrın 19-da “SWISS” aviaşirkətinin Sürix–Şanxay marşrutu üzrə SWR-188 reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün müraciət edib.
Buna səbəb sərnişinlərdən birinin səhhətində yaranan problem olub.
“Airbus A350-900” tipli hava gəmisi yerli vaxtla saat 19:21-də Bakı hava limanına uğurla eniş edib.
Hava limanında sərnişinə tibb heyəti tərəfindən ilkin tibbi yardım göstərilib.
Reysin davam etdirilməsi hava gəmisinin kapitanının qərarına əsasən həyata keçiriləcək.
59











