DTX Masazırda avtomobilləri yandırandan birini xaricdən tutub gətirdi | 1news.az | Xəbərlər
Cəmiyyət

DTX Masazırda avtomobilləri yandırandan birini xaricdən tutub gətirdi

1news Redaksiyası17:48 - Bu gün
DTX Masazırda avtomobilləri yandırandan birini xaricdən tutub gətirdi

Abşeron rayonu Masazır qəsəbəsində avtomobilləri yandıranlardan daha biri saxlanılıb.

1news.az-ın "Report"-a istinadən məlumatına görə, Masazır qəsəbəsində 4 avtomobilin yandırılmasını təşkil edən şəxs hava nəqliyyatı ilə Gürcüstandan Özbəkistana gedərkən Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılaraq Azərbaycana gətirilib və həbs edilib.

Qeyd edək ki, hadisənin videoları mediada geniş rezonans doğurub. Artıq cinayətin bütün iştirakçıları DTX əməliyyatçıları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilərək tutulublar.

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli sürülüb, barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə ibtidai istintaq hərəkətləri aparılır.

Həbs edilən şəxslərin adları və cinayətin motivi açıqlanmır.

Qeyd edək ki, qəsdən törədilən yanğın nəticəsində "Mercedes", "Lada", "Hyundai", "Renault" markalı minik avtomobilləri yanaraq kül olub.

Paylaş:
66

Son xəbərlər

Bütün xəbərlər