Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub - FOTO

1news Redaksiyası15:06 - Bu gün
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub - FOTO

Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub hissəsində qaçaqmal aşkar olunub.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən 1news.az-a verilən məlumata görə, DSX Sahil Mühafizəsinin sahil nəzarəti bölməsinin, texniki müşahidə məntəqəsinin və sərhəd gəmisinin qarşılıqlı fəaliyyəti nəticəsində Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub hissəsində, Lənkəran reydində sahildən 20 dəniz mili məsafədə ümumi çəkisi 8 kiloqram 600 qram olan narkotik vasitə, həmçinin bir kisədə 350 metr uzunluğunda sintetik tor aşkar olunaraq götürülüb.

Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Paylaş:
63

Son xəbərlər

Bütün xəbərlər