Müdafiə Sənayesi Nazirliyinin məhsulları Türkiyədə “İDEF-2017” sərgisində nümayiş etdiriləcək
Müdafiə Sənayesi Nazirliyinin (MSN) müəssisələrində yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatlar mayın 9-dan 12-dək Türkiyənin İstanbul şəhərində keçiriləcək “İDEF-2017” XIII Beynəlxalq müdafiə sənayesi sərgisində nümayiş etdiriləcək.
1news.az-ın Nazirliyə istinadən verdiyi xəbərə görə, bunula bağlı müdafiə sənayesi naziri Yavər Camalovun başçılıq etdiyi geniş tərkibli nümayədə heyəti Türkiyədə səfərdə olacaq.
Dörd gün davam edəcək sərgidə MSN-in müəssisələrində yaradılan və istehsal olunan 260 adda müdafiə təyinatlı məmulat nümayiş etdiriləcək.
Qeyd edək ki, sərgidə dünyanın 50 ölkəsindən 300-dək şirkətin iştirakı gözlənilir.
Səfər çərçivəsində Y.Camalovun Türkiyənin dövlət və hökumət nümayəndələri, sərgiyə qatılan bir sıra ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri də nəzərdə tutulur.
Babək Cahandarov