Fransada prezident seçkilərinin ikinci turu başlayıb | 1news.az | Xəbərlər
Dünya

Fransada prezident seçkilərinin ikinci turu başlayıb

12:26 - 07 / 05 / 2017
Fransada prezident seçkilərinin  ikinci turu başlayıb

Fransada prezident seçkilərinin  ikinci turu keçirilir.

1news.az-ın məlumatına görə, ikinci turda “İrəli” hərəkatının namizədi, mərkəzçi Emmanuel Makron və “Milli cəbhə” partiyasının namizədi Marin Le Pen mübarizə aparırlar.

Fransanın əsas ərazisində yerli vaxtla saat 8-də başlayan səsvermə prosesi saat 19-dək, böyük şəhərlərdə isə 20-dək davam edəcək.

Seçkilərdən əvvəl keçirilən rəy sorğularında E.Makronun qələbə şansının daha yüksək olduğu müşahidə edilir. Onun 60 faizdən çox səs toplayacağı ehtimal olunur.

Fransada prezident seçkilərinin aprelin 23-də keçirilən birinci turunda 11 namizəd qatılıb. İlk turun nəticələrinə görə, E.Makron 24,01, M.Le Pen isə 21,3 faiz səs toplayıb.

1news.az

Paylaş:
515

Son xəbərlər

Bütün xəbərlər