İstanbulda keçirilən “IDEF-2017” beynəlxalq sərgisində Azərbaycan bölməsi fəaliyyət göstərir – FOTO | 1news.az | Xəbərlər
Siyasət

İstanbulda keçirilən “IDEF-2017” beynəlxalq sərgisində Azərbaycan bölməsi fəaliyyət göstərir – FOTO

13:07 - 09 / 05 / 2017
İstanbulda keçirilən “IDEF-2017” beynəlxalq sərgisində Azərbaycan bölməsi fəaliyyət göstərir – FOTO

İstanbulda “IDEF-2017” XIII Beynəlxalq müdafiə sənayesi sərgisi keçirilir.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, sərgidə Müdafiə Sənayesi Nazirliyi tərəfindən geniş ərazidə Azərbaycan bölməsi qurulub. Burada ölkəmizdə istehsal olunan 260 adda hərbi məhsul, o cümlədən zirehli texnika, snayper və s. sərgilənir.

Müdafiə sənayesi naziri Yavər Camalov və müdafiə naziri Zakir Həsənov sərgidə iştirak ediblər.

Sərgidə 67 ölkədən və 2 beynəlxalq təşkilatdan 124 rəsmi heyət təmsil olunur.

Mayın 12-dək davam edəcək sərgidə 50 ölkədən 300 şirkət öz məhsullarını nümayiş etdirəcək.

S.Xankişiyeva

Paylaş:
627

Son xəbərlər

Bütün xəbərlər