Türkiyənin kişi həndbolçuları “Bakı-2017”yə qələbə ilə başlayıblar | 1news.az | Xəbərlər
İdman

Türkiyənin kişi həndbolçuları “Bakı-2017”yə qələbə ilə başlayıblar

13:26 - 09 / 05 / 2017
Türkiyənin kişi həndbolçuları “Bakı-2017”yə qələbə ilə başlayıblar

Mayın 9-da “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında kişilər arasında həndbol yarışının “B” qrupu çərçivəsində keçirilən ilk matçında Türkiyə milli komandası ilə Mərakeş yığması qarşılaşıb.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən matç 27:24 hesabı ilə Türkiyə yığmasının xeyrinə başa çatıb.

Hər iki komanda matçın son dəqiqələrini azlıqda keçirib. Görüşün 24-cü dəqiqəsində türkiyəli Pektaş Alp Eren, iki dəqiqə sonra isə mərakeşli İsmaili Alaoui Mehdi oyundan kənarlaşdırılıblar.

S.Xankişiyeva

Paylaş:
844

Son xəbərlər

Bütün xəbərlər