Azərbaycanda 2060-cı ilədək bütün binalarda elektrik sobalarına keçid hədəflənir | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda 2060-cı ilədək bütün binalarda elektrik sobalarına keçid hədəflənir

1news Redaksiyası12:21 - Bu gün
Azərbaycanda 2060-cı ilədək bütün binalarda elektrik sobalarına keçid hədəflənir

Yaşayış binalarında elektrik sobalarına keçid tələbi qoyulur.

1news.az APA-ya istinadən xəbər verir ki, bu, “Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası” sənədində əksini tapıb.

Sənədə əsasən, təbii qazla işləyən avadanlıqların elektrikləşdirilməsi çərçivəsində 2035-ci ilədək yaşayış binalarında elektrik sobalarına keçid hədəfi müəyyənləşir. Elektrik sobalarını işlətmək üçün bərpa olunan elektrik enerjisindən istifadənin dəstəklənməsi, şəhər və kənd yerlərində elektrik sobalarının quraşdırılmasının təşviqi planlaşdırılır.

Bütün binalarda 2060-cı ilədək elektrik sobalarının payını 100%-ə çatdırılması, bütün yeni binalarda elektrik sobalarının olması tələbləri də nəzərdə tutulur.

Paylaş:
43

Son xəbərlər

Bütün xəbərlər